Kişi məclisində “İçki içən” Mətanət Əsədova qalmaqalı Manaf Agayev videonu


Şou-biznes 21 Avq 2018 19:53:00 306 0

Kişi məclisində “İçki içən” Mətanət Əsədova qalmaqalı  Manaf Agayev videonu

Günlərdir Azərbaycanın sarı mediası "kişi məclisində içki içən" müğənni Mətanət Əsədovanın internetdə yayılmış görüntülərini müzakirə edir. Bu görüntülərə əsasən məclisdə oturanlar öz aralarında söyüşlə danışır, qadın müğənni isə qədəhdən "mənşəyi məlum olmayan" hansısa içkini başına çəkir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, əlbəttə, kimin hansı məclisdə iştirak etməsi və orada hansı içkini içməsi onun sırf şəxsi işidir və heç bir halda ictimai əhəmiyyət daşıya, ictimai müzakirə mövzusu ola bilməz, əgər həmin şəxs dövlət məmuru və ya ictimai öhdəlikləri olan biri deyilsə. Və indiki halda Azərbaycanın şou-biznes əhlinin "efirlərdə" yarıçılpaq vəziyyətdə hər cür hoqqalardan çıxması, hətta yelləncək asıb yellənməsi, onları öz "verilişlərinə" qonaq edən aparıcıların düşük davranışları, ictimai əxlaqa zidd hərəkətləri çoxdan adiləşib.

Lakin nəyə görəsə sarı media "kişi məclisində içki içən Mətanət" qalmaqalını sürətlə üfürdü, məsələni ölkə miqyaslı müzakirə mövzusuna çevirməyə çalışdı, işə televiziyalar qoşuldu. Və hər tərəfdən qadın müğənninin kişi məclisində araq içməsi şiddətlə qınayanlar, ona divan tutmağa hazır olanlar və bu hərəkəti qadının şəxsi işi sayıb haqq qazandıranlar tapıldı. Hətta "məşhur aşıq" da tapıldı ki, müğənninin həmin videosunu yayanları tapıb bıçağı qarnına soxmağa hazır olduğunu açıqladı. Hərçənd xanım Əsədova and-aman edirdi ki, onun içdiyi araq yox, içərisində limon şirəsi sıxılmış mineral su idi...

Nəhayət belə görünür ki, bu gün "kişi məclisində araq içən Mətanət" qalmaqalı öz həllini tapıb. Müğənni telekanallardan birində yayımlanan şou-proqrama qatılıb və onun videosunu yayan şəxs barədə həmkarı Manaf Ağayevin "tədbir gördüyünü" açıqlayıb.