İsveçdə qırıcı təyyarə quşlarla toqquşdu


Digərləri 21 Avq 2018 19:31:00 297 0

İsveçdə qırıcı təyyarə quşlarla toqquşdu

İsveçin Blekinqe əyalətində "JAS-39" qırıcısı quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, təyyarə iri quş sürüsü ilə toqquşduqdan sonra pilot idarəetməni itirdiyini hiss edib.

Nəticədə pilot katapult edib və təyyarə yerə çırpılıb. Şahidlər təyyarənin alçaqdan uçduğunu bildirib.