Bakıda DƏHŞƏT: Qurbanlıq qoyunlar boğulub öldülər VİDEO


Digərləri 21 Avq 2018 19:21:00 229 0

Bakıda DƏHŞƏT: Qurbanlıq qoyunlar boğulub öldülər  VİDEO

Qurbanlıq heyvanların satışı yarmarkasında dəhşətli mənzərə...

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yarmarkaya satışa gətirilən yük maşını ilə dolu qurbanlıq heyvanlar tələf olub.

Buna səbəb isə heyvanları daşıyan maşında havalandırma yerinin olmaması olub. Nəticədə qapalı yerdə yüz kilometr yol gələn 70 heyvan istidən və havasızlıqdan ölüb.

Heyvan sahibləri bu vəziyyətdən yarmarkada xəbər tutublar. Heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilib.

Heyvanlar yük maşınından endirilərkən ölü vəziyyətdə olublar. 70 heyvandan cəmi dördü sağ qalıb.

Satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsiblər. Lakin həmin ətrafda olan qəssablar bu heyvanların ətinin insanlara satılmasını doğru hesab etmirlər.

Videonu izləmək üçün şəklə klikləyin: