Everton 29 milyonluq futbolçunu icarəyə verir


İdman 21 Avq 2018 19:23:00 284 0

Everton 29 milyonluq futbolçunu icarəyə verir

Everton 11-liyə düşə bilməyən bəzi futbolçuları əldən çıxarır.

Goal.az xəbər verir ki, Liverpul təmsilçisi heyətdə düşünmədiyi  Yannik Bolasini Çempionşip təmsilçisi Middlesbrough-ya icarəyə verir. Adada transfer dönəmi qapansa da, klublara pulsuz şəkildə icarəyə götürmək hüququ verilib. Məhz bu səbəbdən konqolu vinger Middlesbrough-a 1 illik icarəyə veriləcək. Keçid tezliklə açıqlanacaq.

Qeyd edək ki, Everton 29 yaşlı futbolçunu 2016-cı ildə Crystal Palace-dan 28,9 milyon avroya transfer etmişdi. Aldığı ağır zədə Bolasiyə özünü göstərməyə imkan verməmişdi.