İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz


Digərləri 21 Avq 2018 18:56:51 227 0

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz

2018-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz artaraq 2514,8 min nəfər olub.

Bakı. 2018-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz artaraq 2514,8 min nəfər olub. Trend-in məlumatına görə, ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 24,0 faizi İrana, 22,9 faizi Rusiya Federasiyasına, 15,2 faizi Türkiyəyə, 1,4 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 2,1 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,9 faizi kişilər, 32,1 faizi isə qadınlar olub.