Bu ilin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlandı


Digərləri 21 Avq 2018 18:24:00 253 0

Bu ilin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlandı

2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, gələnlərin 31,5 faizi Rusiya Federasiyası, 19,8 faizi Gürcüstan, 10,3 faizi Türkiyə, 10,0 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 20,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.