Nar Qurban bayramı münasibətilə pulsuz dəqiqələr hədiyyə edir


Digərləri 21 Avq 2018 17:50:00 282 0

Nar Qurban bayramı münasibətilə pulsuz dəqiqələr hədiyyə edir

Milli dəyərlərə xüsusi diqqətilə seçilən mobil operator "Nar" Qurban bayramı münasibətilə  abunəçilərinə 100 dəqiqə hədiyyə edir. Bonus dəqiqələri əldə etmək üçün Nar abunəçiləri  *777#2223# şifrəsini yığmalıdır. 

Təqdim olunan bonuslar 22 avqust tarixində aktivləşəcək və şəbəkədaxili zənglər üçün sərf olunacaq. Bonus dəqiqələr bayram günlərinin sonuna qədər aktivdir. Bu kampaniya bütün fərdi Nar nömrələrinə aiddir və kampaniyaya qoşulmaq tamamilə ödənişsizdir.