NIKOIL | Bank xeyriyyə missiyasını davam etdirir (FOTO)


Digərləri 21 Avq 2018 17:36:00 255 0

NIKOIL | Bank xeyriyyə missiyasını davam etdirir (FOTO)

NIKOIL | Bank «Mərhəməti qəlblərdə yaşadaq» şüarı altında öz xeyriyyə missiyasını davam etdirir

Bakı. Yarandığı gündən NIKOIL | Bank həmişə öz korporativ sosial məsuliyyəti ilə fərqlənmişdir və bu gün xeyirxahlıq missiyasını «Mərhəməti qəlblərdə yaşadaq» şüarı altında davam etdirir. Bankdan Trend-ə verilən məlumata görə, müqəddəs Qurban bayramı ilə əlaqədar NIKOIL | Bank Qarabağ müharibəsi əlillərinə, veteranlara, qaçqınlara, məcburi köçkünlərə, az təminatlı və şəhid ailələrinə bayram sovqatının paylanılması ilə bağlı ənənəvi xeyriyyə aksiyasını keçirib. Qurban bayramı ərəfəsində NIKOIL | Bank öz diqqəti ilə yüzdən çox ailəni sevindirə bildi.