Anri baş məşqçi olur


İdman 21 Avq 2018 17:14:00 329 0

Anri baş məşqçi olur

Fransa millisi və Arsenal-ın sabiq hücumçusu Tyerri Anri Bordeaux-nun baş məşqçisi ola bilər.

Goal.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, hazırda Belçika millisində məşqçi olan gənc mütəxəssis Fransa klubunun sükanı arxasına keçməyə əsas namizədlərdən biridir. Artıq veteran futbolçunun nümayəndələri Liqa 1 təmsilçisi ilə danışıqlara başlayıb.

Məlumatı Arsenal-ın keçmiş baş məşqçisi Arsen Venger də təsdiqləyib: "Bəli. Anri bu işi çox istəyir. O, ağıllıdır və kifayət qədər təcrübəsi var. Yeganə sual doğuran məqam budur ki, Anri məşqçilik karyerası üçün öz həyatını qurban verməyə hazırdırmı".

Qeyd edək ki, Anri hazırda Belçika millisinin baş məşqçisi Roberto Martinesin köməkçisi vəzifəsini yerinə yetirir.