"Təranə Qumral 4000 manat cərimə ödəyəcək"


Şou-biznes 21 Avq 2018 17:12:00 275 0

"Təranə Qumral 4000 manat cərimə ödəyəcək"

Müğənnilər Nazəninlə Təranə Qumral arasında uzun müddətdir davam edən məhkəmə prosesinin sonuncu iclası bu gün baş tutub.  Son.az axşam.az-a istinadən xəbər verir ki, bunu Nazəninin vəkili, "Atler eqo" hüquq şirkətinin baş direktoru Heyrət Qarayev açıqlamasında bildirib ki, Təranə məhkum edilib:

"Müğənni Təranə Qumralın əməlində cinayət tərkibinin olması bu gün Nərimanov rayon məhkəməsində sübuta yetirilib. Üç zərərçəkmiş şəxs sayılan Nazənin Salayeva Məhəbbət Həsənov və Pərviz Abbasovdan üzr istəmədiyinə, eləcə də, onların barəsində dediyini təkzib etmədiyinə görə, məhkəmənin hökmü ilə məhkum olundu və 4000 manat cərimə ödəyəcək".

Vəkil bildirib ki, Nazənin qalib hesab edilsə də, qərarla razılaşmayıb və Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcək.