Tövlə yandı – 1 tona yaxın ot KÜLƏ DÖNDÜ


Digərləri 21 Avq 2018 17:20:00 283 0

Tövlə yandı – 1 tona yaxın ot KÜLƏ DÖNDÜ

Lənkəranda yanğın hadisəsi baş verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, alov Moğonojoba kəndində, ümumi sahəsi 65 kvadrat-metr olan tövlədə meydana gəlib. 

Dam örtüyünün yanar konstruksiyaları, 20 kvadrat-metr sahədə və tövlənin damına yığılmış 1,8 ton ot bağlamasının 800 kiloqramı yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi isə alovdan mühafizə olunub. Yanğın söndürülüb.

Videonu izləmək üçün şəklə klikləyin:

Son.az 


Xəbərə aid fotolar