Avropa Şurası jurnalistlərə vergi tətbiq etdi


Dünya 21 Avq 2018 16:38:00 281 0

Avropa Şurası jurnalistlərə vergi tətbiq etdi

Avropa Şurası Belçikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşları üçün 100 avro məbləğində illik yığım müəyyənləşdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yığım Avropa İttifaqının sammitlərində iştirak etməyə akkreditasiya alan hər bir belçikalı jurnalistin təmsil etdiyi işəgötürən tərəfindən ödənilməlidir.

Belə ki, KİV təmsilçilərinin Belçika vətəndaşlığı olduqda və ya onlar bu ölkədə daimi (ildə 183 gündən artıq) yaşadıqda yeni qanun təhlükəsizlik yoxlamasından keçən hər bir əməkdaş üçün 50 avro məbləğində ödəniş nəzərdə tutur. Jurnalistlərin təhlükəsizlik yoxlamasının nəticələri altı ay müddətində etibarlıdır.