Metronun "Bakmil" stansiyası Qurban bayramında da işləyəcək


Digərləri 21 Avq 2018 16:14:00 305 0

Metronun "Bakmil" stansiyası Qurban bayramında da işləyəcək

Qarşıdan gələn Qurban bayramında (22-23 avqust) və istirahət günlərində də (25-26 avqust) metronun "Bakmil" stansiyası adi qaydada işləyəcək. 

Bunu Son.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

Məlumata görə, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən saat 17:00-a qədər) Qurban bayramında, eləcə də şənbə və bazar günlərində tətbiq edilməyəcək.