Mustafa Ceceliyə iki yüz min dollarlıq zərbə


Digərləri 21 Avq 2018 16:02:00 274 0

Mustafa Ceceliyə iki yüz min dollarlıq zərbə

Türkiyəli ifaçı Mustafa Ceceli Qiymətli Metallar Şirkətini qızıl almaq üçün iki fərqli tarixdə verdiyi 200 min dolların qarşılığını almadığına görə məhkəməyə verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, 2017-ci ilin avqust və dekabr aylarında qızıl almaq üçün sözügedən şirkətə pul ödəyib.

Lakin onlar Mustafaya heç bir qızıl ödənişi etməyiblər. Qarşı tərəfin vəkili məhkəmədə Cecelinin qızılları aldığını təsdiqləyən və ifaçının imzası olan sənədləri təqdim edib.