Texniki baxışdan keçməyən 122 sürücü cərimələnib


Digərləri 21 Avq 2018 15:46:00 255 0

Texniki baxışdan keçməyən 122 sürücü cərimələnib

Bakı şəhərində təyin edilmiş müddət ərzində avtomobilini texniki baxışdan keçirməyən 122 sürücü ilə bağlı inzibati protokol tərtib edilib.

Son.az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Qeyd edək ki, minik avtomobilləri 1 may - 31 iyul tarixləri aralığında texniki baxışdan keçməli idi. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir.