Rusiyada Türkiyə şirkətinin 25 əməkdaşı zəhərlənib,


Dünya 21 Avq 2018 15:26:00 221 0

Rusiyada Türkiyə şirkətinin 25 əməkdaşı zəhərlənib,

Rusiyanın Moskva vilayətinin Kotelniki şəhərində Türkiyə şirkətinin 25 əməkdaşı qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

Son.az Report-a istinadən xəbər verir ki, ilkin versiyaya görə, kütləvi zəhərlənmənin səbəbi sifarişlə gətirilmiş yemək olub.

Kotelniki şəhər administrasiyasından bildiriblər ki, Türkiyə şirkətində çalışan tikinti şəhərciyinin zəhərlənən işçiləri təmir işləri apardıqları metronun "Molodyojnaya" stansiyasında sifarişlə gətirilmə yeməklə qidalanıb. Məlumata görə, dünən gecə onların halı pisləşib və təxminən, gecə saat 12 radələrində təcili yardım çağırıblar, onların hamısı xəstəxanaya yerləşdirilib. Zəhərlənmə nəticəsində bir işçi ölüb.