Bakıda və Sumqayıtda qətl törədən 5 nəfər saxlanılıb


Digərləri 21 Avq 2018 15:22:36 257 0

Bakıda və Sumqayıtda qətl törədən 5 nəfər saxlanılıb

Bakıda və Sumqayıtda qətl törədən 5 nəfər saxlanılıb.

Bakı. Bakıda və Sumqayıtda qətl törədən 5 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 20-də Bakı şəhər sakini Əkrəm Tağızadənin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Sabunçu rayonunun Yeni Ramana qəsəbəsindəki evində tapılıb. Bakı Şəhər Baş Polis İdarəsi və 12-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb. Araşdırma aparılır. Avqustun 20-də stansiya Sumqayıt şəhər ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə xəstəxanaya gətirilib və orada ölüb.