Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir


Digərləri 21 Avq 2018 15:10:00 214 0

Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-19-cu tədris ili üçün Rumıniya təhsil təqaüd proqramının nəticələri açıqlanıb.

Son.az bildirir ki, Azərbaycan Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq 4 Azərbaycan vətəndaşı 2018-19-cu tədris ili üzrə Rumıniya universitetlərində təhsil almaq imkanı qazanıb.

Seçim barədə Rumıniya tərəfindən verilən yekun qərar nəticəsində 4 nəfər "University of Bucharest", "Babeș-Bolyai University", "Universitatea "Alexandru Ioan Cuza din Iași" və "Oil & Gas University of Ploiești" ali təhsil müəssisələrində mühəndislik, biologiya və biznes ixtisasları üzrə magistratura (3 nəfər) və doktorantura (1 nəfər) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb.