Real Madrid braziliyalı hücumçunu almaq istəyir


İdman 21 Avq 2018 15:10:00 266 0

Real Madrid braziliyalı hücumçunu almaq istəyir

Real Madrid-in almaq istədiyi hücumçu müəyyənləşib.

Goal.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu Valencia-nın oyunçusu Rodriqo Morenonu transfer etmək istəyir. Komandanın baş məşqçisi Julen Lopeteqinin istəyi ilə "kral klubu" 27 yaşlı oyunçuya təklif göndərəcək.

Qeyd edək ki, Rodriqonun təzminat qiymətinin 120 milyon avro olduğu iddia olunur. Qarşı tərəfin onu satmaq fikri yoxdur.