DİNnin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi


Digərləri 21 Avq 2018 14:42:00 355 0

DİNnin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri işləyəcək.

Son.az bildirir ki, bu barədə Nazirlikdən Trend-ə verilən məlumata görə, Qurban bayramı ilə əlaqədar avqustun 22-dən 24-dək qeyri-iş günləri olmasına baxmayaraq, DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi, səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcək.

Son.az