Təhlükəli virusla portretlər çəkildi


Digərləri 21 Avq 2018 14:36:00 248 0

Təhlükəli virusla portretlər çəkildi

İtaliyanın bir qrup alimi "Escherichia coli" (Bağırsaq çöpü) virusunun bakteriyaları vasitəsilə Mona Lizanın, Albert Eynşteynin və Çarlz Darvinin portretlərini yaradıblar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, bakteriyaların portretə çevrilməsi üçün alimlər onların sürətlərini xüsusi işıq proyektoru vasitəsilə azaldıblar.

"Onlar şəhər yollarındakı avtomobillər kimidir. Sürətin aşağı düşdüyü yerə yığılıblar", - alimlər deyiblər.

Alimlər bu eksperimenti sadəcə, əyləncə üçün gerçəkləşdirməyiblər. Onlar mikroorqanizmlərin işıqn siqnallarına verdiyi reaksiyanı araşdırıblar.


Xəbərə aid fotolar