Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir


Digərləri 21 Avq 2018 14:23:18 256 0

Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir

Rumıniya təhsil təqaüd proqramının nəticələri açıqlanıb.

Bakı. Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-19-cu tədris ili üçün Rumıniya təhsil təqaüd proqramının nəticələri açıqlanıb. Azərbaycan Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq 4 Azərbaycan vətəndaşı 2018-19-cu tədris ili üzrə Rumıniya universitetlərində təhsil almaq imkanı qazanıb.