Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır


Digərləri 21 Avq 2018 14:16:00 312 0

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır

Son.az Trend-ə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzindən Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar 2018‑ci il avqustun 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.