Ebola virusu yenidən kabusa çevrilir


Digərləri 21 Avq 2018 14:20:00 312 0

Ebola virusu yenidən kabusa çevrilir

Konqo Demokratik Respublikasında iyul ayında aşkarlanan Ebola epidemiyasında ölənlərin sayı 23 nəfərə çatıb.

Son.az sfera.az-a istinadən bildirir ki, iyul ayında Şimali Livu əyalətində başlayan epidemiyada xəstəliyin əlamətləri 91 nəfərdə qeydə alınıb. Onlardan 64 nəfərində Ebola virusuna yoluxduğu təsdiqlənib. Həmin 64 nəfərdən 3 nəfərin ölməsi ilə ölən şəxslərin sayı 23-ə çatıb.

Qanama və yüksək temperaturla müşahidə edilən 91 xəstədən 27 nəfərinin Ebola virusundan ölümü tam dəqiqləşməyib. Ölüm hallarının epidemiyanın elan edilməsindən sonra baş verməsi və virusun bulaşması riskinə görə qəbirlərin açılmaması analizlərin aparılmasını çətinləşdirir.