Aldığı quzunu kəsə bilmədi


Digərləri 21 Avq 2018 13:56:00 337 0

Aldığı quzunu kəsə bilmədi

Türkiyənin Bursa şəhərində kəsmək üçün alınan quzu ailənin fərdlərindən birinə çevrilib.

Son.az bildirir ki, metbuat.az-ın "posta.com"a istinadən verdiyi xəbərə görə, Sultan adı verilə quzu sahibi ilə birlikdə tətilə gedir, günəşlənir, piknik edir, yeləncəkdə yellənir. Ev sahibi Ali Koçakın yanından bir an olsun ayrılmayan 7 aylıq Sultan görənləri heyrətə düşürür.

Sultan uşaqların ən yaxın dostu olaraq qısa müddətdə onlar kimi yaşamağa başlayıb. Sultanı uşağı kimi mənimsəyən Koçak bərabər getdikləri piknikdə kitabdan nağıllar oxuyaraq onu öz əlləri ilə bəsləyir.


Xəbərə aid fotolar