Siqaretləri gödəkçəsində gizlətsə də, gömrükdən keçirə bilmədi


Digərləri 21 Avq 2018 13:48:00 349 0

Siqaretləri gödəkçəsində gizlətsə də, gömrükdən keçirə bilmədi

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Son.az bildirir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baxışdan öncə sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı vətəndaşın üzərində olan gödəkçənin içərisindən 3200 ədəd "King" markal siqaretlər aşkar olunub.