Agentlik: Bakıda avtobus dayanacaqlarının zəbt edilməsi problemi də müşahidə edilir


Digərləri 21 Avq 2018 13:04:00 254 0

Agentlik: Bakıda avtobus dayanacaqlarının zəbt edilməsi problemi də müşahidə edilir

Bu gün Bakıda piyada səkiləri ilə yanaşı, avtobus dayanacaqlarının zəbt edilməsi problemi də müşahidə edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, belə olan halda piyadalar məcbur olub yolun hərəkət hissəsinə keçirlər ki, bu da təhlükəsizliyin təmin edilməsinə problemlər yaradır.

F.İsmaylov bildirib ki, bir neçə gün öncə Xətai rayonunda da belə bir problem meydana çıxmışdı: "Dovlət başçısının Bakı Nəqliyyat Agentliyi qarşısında qoyduğu ən vacib tapşırıqlarından biri də piyadaların təhlükəsizliyini təmin etməkdir və biz bütün aidiyyəti qurumları birgə koordinasiya şəklində bu işləri görməyə dəvət edirik".