Trampdan Türkiyəyə yeni mesaj:


Dünya 21 Avq 2018 12:56:00 376 0

Trampdan Türkiyəyə yeni mesaj:

ABŞ prezidenti Donald Tramp "Reuters" agentlyinə verdiyi müsahibədə Türkiyəyə qarşı mövqeyindən hər hansı güzəştə getməyəcəyini bildirib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla "əvvəllər bir-birlərini yaxşı başa düşdüklərini" deyib. Amma bildirib ki, Ərdoğanın rahib Brunsonu azadlığa buraxmaqdan imtina etməsi "qorxunc səhv" oldu.

Trampın sözlərinə görə, o Ərdoğanla anlaşma əldə etmişdi. Həmin anlaşma çərçivəsində ABŞ prezidenti İsraildə həbsdə olan bir Türkiyə vətəndaşının azadlığa buraxılmasını təmin edib. Bunun əvəzində Ərdoğanın rahib Brunsonu azadlığa buraxacağını gözləyib.

"Onun üçün (Ərdoğan nəzərdə tutulur) həmin Türkiyə vətəndaşının azadlığa buraxılmasını təmin etdim. Onun da (Ərdoğanın) bu məsum və mükəmməl insanı, möhtəşəm ata və gözəl xristian olan o adamı (Brunsonu) Türkiyədən buraxmasını gözlədim", - Tramp anlaşma barədə deyib.

ABŞ prezidenti əlavə edib ki, Türkiyənin hərəkətləri "çox məyusedicidir". "Mən onların dəhşətli səhvə yol verdiklərini düşünürəm. Hər hansı güzəşt olmayacaq", - Tramp vurğulayıb.

Trampın bəhs etdiyi anlaşma İsraildə həbsdə olan Türkiyə vətəndaşı Ebru Özkanla bağlıdır. ABŞ prezidenti onun azadlığa buraxılmasını İsrail baş naziri Benyamin Netanyahudan xahiş edib. Nəticədə həmin şəxs həbsxanadan buraxılaraq Türkiyəyə deportasiya olunub.