Azərbaycan XİN: Almaniya deputatının adı indi deyil, 2014-cü ildə "arzuolunmaz şəxslər" siyahısına salınıb


Digərləri 21 Avq 2018 12:48:00 234 0

Azərbaycan XİN: Almaniya deputatının adı indi deyil, 2014-cü ildə "arzuolunmaz şəxslər" siyahısına salınıb

Almaniya deputatının adı indi deyil, 2014-cü ildə "arzuolunmaz şəxslər" siyahısına salınıb.

Bakı. Hikmət Hacıyev - Almaniya Bundestaqının deputatı Albert Vayler 2014 və 2016-cı illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və ona görə də həmin dövrdən etibarən onun adı "arzuolunmaz şəxslər" siyahısına daxil edilib. Bunu Trend-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın "Bild" qəzetində alman deputata Azərbaycan ərazisinə girişin qadağan edilməsi barədə yaydığı məlumatlara münasibət bildirərkən deyib. H.Hacıyev bildirib: "Bəzi xarici kütləvi informasiya vasitələrində qeyd olunur ki, onun adı sanki indi həmin siyahıya salınıb. Bu məlumat düzgün deyil, yəni onun adı artıq 2014-cü ildən "arzuolunmaz şəxslər" siyahısındadır. Həmin insan qanunsuz olaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə səfər edib. Ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, qanunlarına hörmət edilməsi mütləq şəkildə vacibdir və bu əsnada da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər ölkəmizin qanunlarının pozulması halıdır".