Putin Çin lideri ilə görüşəcək


Siyasət 21 Avq 2018 12:08:00 294 0

Putin Çin lideri ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu çərçivəsində Çin lideri Si Szinpinlə görüşəcək.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya baş nazirinin müavini Yur Trutnev deyib.

Bir müddət əvvəl də Vladimir Putin Si Szinpini sentyabrda Vladivostokda gözlədiyini bildirmişdi.

Qeyd edək ki, IV Şərq İqtisadi Forumu 12-13 sentyabrda Vladivostokda keçiriləcək.