Nazir sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb (FOTO)


Digərləri 21 Avq 2018 12:05:46 213 0

Nazir sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb (FOTO)

Nazir sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb.

Bakı. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakının Xəzər rayonunda yerləşən 1 saylı sosial xidmət müəssisəsində uşaqlara stasionar şəraitdə göstərilən sosial xidmətləri nəzərdən keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müəssisənin əməkdaşları ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin sosial xidmət müəssisələrinin hərtərəfli təminatının da güclənməsinə səbəb olduğunu vurğulayıb. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən böyük dəstəyin göstərildiyini bildirən S.Babayev diqqətə çatdırıb ki, Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Nəticədə bu müəssisələrdə uşaqlar üçün nümunəvi yaşayış şərati ilə yanaşı, uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişaf etdirilməsinə yönələn reabilitasiya əhəmiyyətli işlərin aparılması üçün geniş imkanlar yaradılıb.