DİQQƏT: Bu yolda rənglənmə işləri aparılır


Digərləri 21 Avq 2018 10:36:00 282 0

DİQQƏT: Bu yolda rənglənmə işləri aparılır

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda rənglənmə işləri davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 150-180 km-lik hissəsində bu gün üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq.