MTV ən yaxşı videoklipləri seçdi


Şou-biznes 21 Avq 2018 09:47:00 264 0

MTV ən yaxşı videoklipləri seçdi

Dünən ABŞ-ın Los-Anceles şəhərində dünya musiqi biznesində ən nüfuzlu mükafatlardan sayılan "MTV VMA 2018"in təqdimat mərasimi keçirilib.

Son.az TMZ-yə istinadən bildirir ki, ən çox mükafata Kardi Bi iddialı idi. O, 10 nominasiyada mükafat almaq iddiasında idi.

Beyonse və Cey Zi, "Childish Gambino" və Dreykin hər biri isə 7 nominasiyada iddialı idilər.

Mərasimdə aparıcı olmayıb. Mükafatları qaliblərə təqdim edənlər arasında isə DJ Khaled, G-Easy, Lenni Kravits, Bleyk Layvli, Milli Bobbi Braun, Backstreet Boys və başqaları vardı.

"MTV VMA 2018"in qaliblərini təqdim edirik:

"İlin videoklipi" - Camila Cabello ft. Young Thug - "Havana"

"İlin ifaçısı" - Camila Cabello - "Syco"

"İlin mahnısı" - Post Malone ft. 21 Savage - "Rockstar"

"Ən yaxşı yeni sənətçi" - Kardi Bi

"Ən yaxşı kollaborasiya" - Jennifer Lopez ft. DJ Khaled & Cardi B - "Dinero"

"İlin ən yaxşı debütü" - APRIL 2018 - "Hayley Kiyoko"

"Ən yaxşı pop musiqi" - Ariana Grande - "No Tears Left to Cry"