Messenger və sosial şəbəkələrə fişinq hücumları artıb


Digərləri 21 Avq 2018 08:35:00 260 0

Messenger və sosial şəbəkələrə fişinq hücumları artıb

Kaspersky Lab şirkətinin ekspertləri bir daha əmin olublar ki, fişinq və digər fırıldaq növlü kontentin yayılması artıq e-poçt məktubları çərçivəsindən çoxdan çıxıb.

Son.az technote.az-a istinadən bildirir ki, ilk yarımilin sonunda bu cür ən böyük kütləvi hücumlar messenger və sosial şəbəkələrdə qeydə alınıb.

Hətta belə ki, istifadəçilər özləri də anlamadan fırıldaqla dolu mesajları könüllü şəkildə öz yaxın dostları ilə bölüşməklə cinayətkarlara "kömək etmiş" olurlar. Kaspersky Lab şirkətinin analitiklərinin müşahidələrinə əsasən fırıldaqçılar öz kontentlərinin daha geniş yayılması üçün tez-tez WhatsApp tətbiqindən istifadə edirlər.

Bu cür ismarıclar, əsasən, mövcud olmayan uduşlar və digər sərfəli təklifləri özundə əks etdirir. Məsələn, Rusiyada ötən rübdə cinayətkarlar aktiv şəkildə məşhur pərakəndə şəbəkələrinin,"fastfud" restoranlarının adından müxtəlif bonuslar təklif edən ismarıclardan istifadə ediblər. Bu bonusları əldə etmək üçün istifadəçidən tələb olunan sadə sorğunu doldurmaq və messengerdə lazımi miqdarda şəxsə həmin ismarıcı göndərmək idi. Lakin sadəcə göndərişlərlə iş bitmir. İstifadəçi həmin keçidi tanışlarına göndərdikdən sonra, onu yerləşdiyi məkandan və ya istifadə olaraq qurğudan asılı olaraq kontenti dəyişən digər resurslara yönləndirirlər.