Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir


Digərləri 21 Avq 2018 08:10:00 267 0

Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir

Müğənni Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu məqsədlə o, Gürcüstan Ədliyyə Nazirliyinə müraciət edib.

TASS agentliyi isə bildirir ki, V. Meladze Rusiya vətəndaşlığından imtina etməmək şərti ilə Gürcüstan vətəndaşlığına sahib olmaq istəyir.

V. Meladzenin hazırda Batumidə olduğu bildirilir. O, Vaxtanq Kikabidzenin şərəfinə keçirilən konsertdə iştirak edib.