Qaxda 52 yaşlı qadını elektrik cərəyanı vurub


Digərləri 21 Avq 2018 07:54:00 315 0

Qaxda 52 yaşlı qadını elektrik cərəyanı vurub

Qax rayonunda qadını elektrik cərəyanı vurub.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Tasmalı kənd sakini, 1966-cı il təvəllüdlü Müslümət Fazil qızı Məmmədovanı yaşadığı evdə elektrik cərəyanı vurub. Ağır xəsarət alan M.Məmmədova dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, hadisəyə 52 yaşlı qadınının ehtiyatsızlıqdan yaşadığı evdə elektrik naqilinə toxunması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.