La Liqada birinci turun mərkəzi qarşılaşması başa çatıb


Digərləri 21 Avq 2018 00:32:00 691 0

La Liqada birinci turun mərkəzi qarşılaşması başa çatıb

İlk turun mərkəzi matçında “Valensiya” “Atletiko”nu sınağa çəkib

Bakı. Tural Turan - İlk turun mərkəzi matçında “Valensiya” “Atletiko”nu sınağa çəkib. Trend-in məlumatına görə, görüşdən əvvəl ev sahibi “Valensiya” klubu qonaqlar üçün “şərəf dəhlizi” təşkil ediblər. Buna səbəb “Atletiko”nun UEFA Superkubokuna sahib çıxması olub. Görüşdə hesabı 26-cı dəqiqədə qonaqlar açıb. Korrea adını tabloya yazdırıb. Lakin ev sahibi “Valensiya” ikinci hissədə tarazlığı bərpa edə bilib. İspaniyalı hücumçu Rodriqo 56-cı dəqiqədə qol vuraraq hesabı bərabərləşdirib.