Zəhərlə öldürülən qadınlar, müqəddəs yaquar və şərab: Fərqli qurban adətləri FOTO


Digərləri 20 Avq 2018 23:52:00 363 0

Zəhərlə öldürülən qadınlar, müqəddəs yaquar və şərab: Fərqli qurban adətləri  FOTO

Əsrlərdir İslamın bir ənənə formasını alan "qurban vermə" adətləri əslində bir çox mədəniyyətlərdə fərqli formalarda həyata keçirilib. Hətta, tək heyvanları yox, insanları da qurban edirlərmiş.

Son.az bildirir ki, alimlərin araşdırmasına görə, qurban demək adəti ilk dəfə şumerlərdə yaranıb.

Mesopotomiyanın köhnə sakinləri olan Şumerlər bir çox tanrıya inanırdılar və onlar üçün ildə bir dəfə qurban verirdilər. Eyni adətlər Misir, Yaponiya və Çində də həyata keçirilirdi. Ölən Çin imperatorunun cariyələri də ona qurban verilirdi. Belə ki, qadınlar zəhərlə öldürülüb, hökmdarla birlikdə dəfn olunurdu. Anadolu torpaqlarında yaşayan hititlərin də eyni adətləri var idi.

İnsanın qurban edilməsi ilk dəfə mayalarda olub. E.ə 600-cü illərdən Amerikanın kəşfinə qədər qitəyə hakim olan bu insan toplumu Hindistanda inəyin müqəddəs görüldüyü kimi, yırtıcılardan yaquarı müqəddəs bilirdi. Tanrılarına qurban vermək onların dini adəti idi. Qurban verilən insanların yerin altında yaxşı bir həyat yaşayacağına inanırdılar.

Çin ilə eyni coğrafiyada köçəri olaraq yaşayan tayfaların da belə bir qurban adətləri var idi.

Hətta, İslamdan öncə türk tarixində də ilin müəyyən vaxtlarında heyvanlar qurban kəsilirdi. Bu köhnə inanclarda Göy Tanrısı, ataların ruhu və təbiətin gücünə inanılırdı və buna görə qurban kəsilirdi. Özəlliklə çox nadir rast gəlinən ağ atlar qurban seçilirdi. Eyni zamanda, ölən hökmdarların atı da qurban edilərək, onunla birlikdə məzara qoyulurdu.


Xəbərə aid fotolar