Canan Karataydan Qurban Bayramına özəl məsləhətlər: "Qırmızı əti quyruq ilə birlikdə..."


Digərləri 20 Avq 2018 21:50:00 264 0

Canan Karataydan Qurban Bayramına özəl məsləhətlər: "Qırmızı əti quyruq ilə birlikdə..."

Daxili orqan xəstəlikləri mütəxəssisi və kardioloq Canan Karatay Qurban Bayramının yaxınlaşması münasibəti ilə qırmızı ət sevənlərə məsləhətlər verib.

Son.az xəbər verir ki, mütəxəssis qırmızı ətin quyruq yağı ilə birlikdə istifadə edilməsini tövsiyə edib.

Canan Karatay bildirib ki, təbii olan hər şey istənilən qədər yeyilə bilər:

"Bayramda paxlava və börək yeməsinlər. Onun yerinə bol-bol quyruq yağı və qırmızı ət yeyilsin. Qırmızı ət yağı ilə birlikdə çox faydalı olur. İstədikləri qədər istifadə edə bilərlər".