Bakıda ana və oğlu eyni vaxtda tələbə oldu VİDEO


Digərləri 20 Avq 2018 21:54:00 258 0

Bakıda ana və oğlu eyni vaxtda tələbə oldu  VİDEO

Ana və oğlu eyni vaxtda tələbə adını qazandı.

Son.az bildirir ki, söhbət paytaxda yerləşən 328 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən Kifayət Cabbarova və həmin məktəbdən bu il məzun olan oğlu Hüseyn Cabbarlıdan gedir. Onlar universitetə heç bir hazırlıq kursuna və repetitor yanına getmədən qəbul olublar.

Kifayət Cabbarovanın sözlərinə görə, imtahanda 302 bal toplayaraq Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsində təhsil almaq hüququ qazanıb. O, bu universitetdə qiyabi formada oxuyacaq. İngilis dilinə marağının olduğunu deyən Kifayət Cabbarova qəbul imtahanında sadəcə özünü sınamaq məqsədilə iştirak edib.

Həmsöhbətimin sözlərinə görə, universitetdə oxuya-oxuya məktəbdə də ibtidai sinif müəlliməsi kimi işini davam etdirəcək.