Bakıda yeni dələduzluq növü VİDEO


Kriminal 20 Avq 2018 21:45:00 265 0

Bakıda yeni dələduzluq növü  VİDEO

Bakıda aptekdə əczaçıya qarşı fırıldaqlıq olub. Müştəri kimi aptekə girən qadın bir ədəd müalicəvi şampun alıb bu vaxt qadın nəinki aldığı məhsulun pulunu ödəmir üstəlik satıcdan pulun qalığını alır. Bütün bunlar isə saniyəsinədək təhlükəsizlik kamerasında qeydə alınıb.

Son.az bildirir ki, görüntülər paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsindəki apteklərdən birinin təhlükəsizlik kamerasına düşüb.

Zərərçəkmiş aptek sahibi deyir ki, qadının fırıldağından axşam saatlarında kassadakı pulu hesablayarkən xəbər tutublar. Belə ki, aptekin sahibi satılan dərmanların müqabilinmdə pulun az olduğunu görüb. O, əczaçı ilə birlikdə təhlükəsizlik kameralarına baxıblar.

Bu zaman aydın olub ki, təxminən 30-35 yaşlı bir qadın apteka daxil olur. O, sağ tərəfdə vitrindən bir ədəd müalicəvi şampun götürərək kassaya yaxınlaşır. O, əczaçıya 4 manat 60 qəpik olan şampun üçün 50 manat pul uzadır. Bu zaman başqa bir dərman adını da ondan soruşur. Əczaçının başının qarışıq olmasından istifadə edən qadın 50 manatı qaytarıb pulqabına qoyur.