İlahiyyat İnstitutunda ixtisas seçimi başa çatıb


Digərləri 20 Avq 2018 21:37:53 281 0

İlahiyyat İnstitutunda ixtisas seçimi başa çatıb

Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasına qəbulla bağlı müsahibənin ikinci mərhələsinə yekun vurulub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasına qəbulla bağlı müsahibənin ikinci mərhələsinə yekun vurulub. İnstitutdan Trend-ə verilən məlumata görə, müsahibədən keçmiş abturiyentlər 20 avqust 2018 – ci il tarixdə günün sonuna qədər ixtisas seçimində iştirak etməlidirlər. Həmin gün ixtisas seçiminin sonuncu günüdür. Eyni zamanda bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş abituriyentlərin sənədlərinin qəbulu davam edir. Qeydiyyat avqustun 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək aparılacaq. Boş qalan yerlərə qəbul olan abituriyentlərin sənəd qəbulu isə avqustun 24-dən sentyabrın 3-dək həyata keçiriləcək. Bütün abturiyentlər qeyd olunan tarixlərdə sənədlərini Azərbaycan İlahiyyat İnstitutuna təqdim etməlidirlər.