Babəkə həsr edilmiş ANİMASİYA


Kriminal 20 Avq 2018 19:39:00 414 0

Babəkə həsr edilmiş ANİMASİYA

Azərbaycanda Babəkə həsr edilmiş informasiya xarakterli animasiya çarxı hazırlanıb.

Son.az xəbər verir ki, animasiyada Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən olan Babəkin mübarizəsi 3D qrafikası vasitəsilə qısa təsvir edilir.

Onun "xürrəmilər"in başçısı Cavidanla ilk görüşü, Bəzz qalasına gəlişi, Yadelli işğalçılara qarşı mübarizə hərəkatına rəhbərlik etməsi, xəlifənin sərkərdəsi Afşinlə görüşü nümayiş etdirilir.

Sonda Babəkin Bəzz qalasını tərk etdikdən sonra xəyanətə uğraması, yəni Səhl İbn Sumbat tərəfindən aldadılması və edam edilməsi səhnələri göstərilir. Çarxın hazırlanmasında əsas məqsəd müasir texnologiyalardan istifadə etməklə tarixi qəhərmanlarımızın animasiyalarını hazırlayıb yaymaq, gənclərə vətənpərvərlik hisslərini aşılamaqdır.


Xəbərə aid fotolar