Səhiyyə Nazirliyindən iş adamlarına


Digərləri 20 Avq 2018 19:00:00 231 0

Səhiyyə Nazirliyindən iş adamlarına

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi əczaçılıq sahəsində fəaliyyət göstərən iş adamlarına müraciət edib.

Son.az bildirir ki, Mərkəzdən Trend-ə bildirilib ki, bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir:

"13 noyabr 2017-ci il tarixli 1681 nömrəli "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə"nin 3.0.33-20-ci yarımbəndinə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.