Türkiyədəki bütün diplomatik missiyaların təhlükəsizliyi gücləndirilib


Dünya 20 Avq 2018 18:24:00 294 0

Türkiyədəki bütün diplomatik missiyaların təhlükəsizliyi gücləndirilib

"Türkiyə Xarici İşlər NazirliyiABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyir".

Son.az bildirir ki, Report-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.

"ABŞ-ın Ankaradakı səfirliyinin və digər diplomatik missiyaların, eləcə də diplomatik nümayəndəliklərin əməkdaşlarının təhlükəsizlik tədbirləri gücləndirilib", - Hami Aksoy bildirib.