Milli komandamızda yeni baş məşqçi


İdman 20 Avq 2018 18:23:00 252 0

Milli komandamızda yeni baş məşqçi

15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, bu vəzifə Famil Xəlilova həvalə olunub. Gənc məşqçi bunadək "Qəbələ" Futbol Akademiyasında fəaliuyyət göstərib. 

Ötən mövsüm "Qəbələ" klubunun U-19 komandasının baş məşqçisi vəzifəsində çalışan Famil Xəlilovun rəhbərliyi ilə komanda AFFA-nın Gənclər Liqasının qalib olub.