"Hesab.az" platformasından müştəri məmnuniyyəti üçün yeni addımlar


Digərləri 20 Avq 2018 18:20:00 249 0

"Hesab.az" platformasından müştəri məmnuniyyəti üçün yeni addımlar

GoldenPay bu mövzuda işlərini davam etdirir.

Bakı. Texnologiya ilə birlikdə həyat tərzinin də yenidən formalaşdığı bir dünyada, Azərbaycan maliyyə bazarında və dəyişən dünyada daha yaxşı xidmət vermək üçün müştəri mərkəzli olunması lazım olduğu fikrini dəstəkləyən GoldenPay bu mövzuda işlərini sürətlə davam etdirir. Şirkətdən Trend-ə verilən məlumata görə, yeni nəslin istehlak vərdişlərini nəzərə alan rəhbərlik - Naina Mehdiyeva və Tuğba Uçar onlayn ödəmə platformasında dəyişikliklər edilməsi üçün böyük səylə bütün tətbiqlərini yenilələməkdən ötrü rəhbərlik etdikləri peşəkar komanda ilə dayanmadan çalışırlar. İdarə heyətinin sədri N.Mehdiyeva bildirib: “İndiki dövrdə müştəriləri məmnun etməklə rəqabət üstünlüyü əldə etməyə çalışan şirkətlər müştərilərə daha çox diqqət etməyə və müştəri yönümlü düşünməyə başlamalıdırlar. Müştərilərimizə onların ehtiyaclarına görə formalaşdırdığımız xidmətlər təqdim edirik. Müştərinin məmnuniyyəti bizim üstünlüyümüzdür”. Bu mövzuda İdarə Heyətinin üzvü, Marketinq və Məhsulların inkişafı departamentinin rəhbəri T.Uçar qeyd edib: "Bu sahədəki gələcək planlarımız müştəri məmnuniyyətində davamlı artan bir qrafiklə sektorun xatırlanan markası olmaqdır. Araşdırmalarımızda bu istiqamətdə müsbət inkişafı müşahidə edirik".