Netanyahudan Trampa təşəkkür mesajı:


Dünya 20 Avq 2018 18:07:00 321 0

Netanyahudan Trampa təşəkkür mesajı:

İsrailin baş naziri Beyamin Netanyahu ABŞ-a təşəkkür edib.

Son.az bildirir ki, Qüdsdə ABŞ-ın milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton ilə görüşən baş nazir İsrailin bölgədəki hərbi üstünlüyünün qorumasında ABŞ-ın qəti davranışını təqdir etdiyini bildirib.

Netanyahu İsrailin ABŞ-dan böyük bir müttəfiqi və dostu olmadığını, eyni şəkildə, ABŞ-ın da İsraildən daha böyük bir müttəfiqi olmadığını düşündüyünü deyib. Bu dostluq və səmimiyyətin prezident Donald Trampın vəzifədə olduğu müddətdə daha güclü hala gəldiyini qeyd edib.