Ermənistanın müdafiə naziri Rusiyaya getdi


Dünya 20 Avq 2018 17:42:00 222 0

Ermənistanın müdafiə naziri Rusiyaya getdi

Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedib.

Son.az bildirir ki, bu barədə Report "Sputnik-Ermənistan"a istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, D.Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti "Armiya-2018" beynəlxalq hərbi-texniki forumun (BHTF) və "Milli təhlükəsizlik həftəsi" forumunun açılış mərasimində iştirak edəcək.