Qurban bayramı ilə əlaqədar satış yarmarkalarının keçiriləcəyi ünvanlar açıqlandı


Digərləri 20 Avq 2018 17:22:00 264 0

Qurban bayramı ilə əlaqədar satış yarmarkalarının keçiriləcəyi ünvanlar açıqlandı

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.

21-23 avqust tarixlərində keçiriləcək yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstan Respublikasından gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.

Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara ümumilikdə 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:

Bakı şəhəri üzrə

Nərimanov rayonu

Əliyar Əliyev küçəsi, 26 ("Bakı Taxıl-2" ASC-yə məxsus heyvan kəsimi məntəqəsi) Əlyar Əliyev küçəsi, 36a ("Təbriz" KM, Keşlə bazarı) Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi ("Qarabağ" mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı)

Suraxanı rayonu

Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, "V" massivi

Binəqədi rayonu

Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi) Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu ("Dördyol" adlanan yer) Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı) Cəfər Xəndan küçəsi, 54, "Oazis" restoranının yanı ("Ət pavilyonu" adlanan ərazi)

Xətai rayonu

Zığ yolu ("Nargilə" adlanan yer və 5 saylı binanın yaxınlığında)

Yasamal rayonu

Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 7 Xiyabani küçəsi, 10c Şərifzadə küçəsi 196, "İdeal" şadlıq sarayının həyəti

Nizami raronu

Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi

Səbail rayonu

20-ci sahə (Badamdar şosesi) Bayıl bazarı, Gülbala Əliyev küçəsi

Xəzər rayonu

Qala-Pirallahı yolu, "Lambir" müəssisənin arxası

Qaradağ rayonu

1. Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi)

Sabunçu rayonu

1. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, "Arzu" şadlıq sarayının yanı

2. Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, "Sabunçu" mərasim evinin yanı

3. Ramana qəsəbəsi, Şuşa şəhərciyi, "Pətək" marketin yanı

4. Zabrat qəsəbəsi," Azmeat" MMC